...

"Xəzər Lənkəran" bütün mövqelər üzrə yeni futbolçular cəlb edəcək

İdman Materials 8 Yanvar 2013 18:43 (UTC +04:00)
"Xəzər Lənkəran" futbol klubu cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərinə yola düşəcək.
"Xəzər Lənkəran" bütün mövqelər üzrə yeni futbolçular cəlb edəcək

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"Xəzər Lənkəran" futbol klubu cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Trend klubun saytına istinadən məlumat verir ki, komandanın təlim-məşq toplanışı yanvarın 13-də başlayıb, fevralın 5-də bitəcək. Qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcək.

Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. Belə ki, "Xəzər Lənkəran" yanvarın 19-da Moldovanın "Rapid" klubu, 22-də Ukraynanın "Krivbass" klubu, 30-da isə Çexiyanın "Pribram" klubu ilə yoldaşlıq görüşləri keçirəcək.

Bundan başqa, komandanın 26 yanvar və 2 fevral tarixlərində daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti