...

FIFA 41 idmançını futboldan ömürlük uzaqlaşdırdı

İdman Materials 9 Yanvar 2013 18:07 (UTC +04:00)
FIFA danışılmış oyunların təşkilinə görə 41 cənubi koreyalı oyunçunu futboldan ömürlük uzaqlaşdırıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə FIFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarda deyilir.
FIFA 41 idmançını futboldan ömürlük uzaqlaşdırdı

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

FIFA danışılmış oyunların təşkilinə görə 41 cənubi koreyalı oyunçunu futboldan ömürlük uzaqlaşdırıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə FIFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarda deyilir.

Oyunçulara futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyulub.

Bundan başqa, etdikləri əmələ görə peşman olduqlarını bildirən 21 futbolçuya qarşı daha yumşaq cəzalar tətbiq edilib. Onlar futbola 2-5 il davam edən sınaq müddətindən və ümumilikdə 200-500 saatlıq ictimai işləri yerinə yetirdikdən sonra qayıda bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti