...

AFFA 21 yaşadək futbolçu ilə bağlı limiti müəyyən etdi

İdman Materials 11 Yanvar 2013 16:45 (UTC +04:00)
AFFA-nın İcraiyyə Komitəsi 21 yaşadək olan yerli futbolçu ilə bağlı limiti müəyyən edib.
AFFA 21 yaşadək futbolçu ilə bağlı limiti müəyyən etdi

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

AFFA-nın İcraiyyə Komitəsi 21 yaşadək olan yerli futbolçu ilə bağlı limiti müəyyən edib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, komitənin ötən il martın 9-da keçirilən iclasında Azərbaycan Premyer Liqasının 2012-2013-cü il mövsümündən başlayaraq limit aşağıdakı qaydada tətbiq olunur:

7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu).

Qeyd edək ki, Premyer Liqanın 2013-2014-cü il mövsümündə də 21 yaşadək futbolçu 1992-ci il təvəllüdlü və ondan sonrakı illərdə anadan olan oyunçu olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti