...

Azərbaycanın yeniyetmə güləşçiləri Ukraynada 3 medal qazanıblar

İdman Materials 8 Fevral 2013 14:31 (UTC +04:00)
Fevralın 6-8-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycanın yeniyetmə güləşçiləri Ukraynada 3 medal qazanıblar

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fevralın 6-8-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurublar.

Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub.

Yığma komandanın üzvləri turnirdən öncə birgə təlim-məşq toplanışında olub. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti