Azərbaycan, Bakı, 13 fevral /Trend/
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verildi. Trend-in məlumatına, iki qarşılaşma artıq baş tutub. "Valencia" öz meydanında PSG-ni, "Celtic" isə "Juventus"u qəbul edib.
Bu mərhələnin digər iki qarşılaşması bu gün baş tutacaq.
Real (İspaniya) - Manchester United (İngiltərə)
Şaxtyor (Ukrayna) - Borussia (Dortmund, Almaniya).
Qalan dörd oyun ("Porto" (Portuqaliya) - "Malaga" (İspaniya); "Arsenal" (İngiltərə) - "Bayern" (Almaniya); "Milan" İtaliya - "Barcelona" (İspaniya); "Galatasaray" (Türkiyə) - "Schalke" (Almaniya)) isə fevralın 19-20-də keçiriləcək.
***
"Celtic" - "Juventus" matçında artıq hesab açılıb. Oyunun 3-cü dəqiqəsində A.Matri vurduğu qolla Yuventusu irəli çıxarıb. "Valencia" - PSG oyununda isə 10-cu dəqiqədə E.Lavezzi hesabı açıb.
***
"Valencia" - PSG oyununda daha bir qol vurulub. Belə ki, 43-cü dəqiqədə J.Pastore öz komandasını irəli çıxarıb. "Valencia" 0 - 2 PSG.
***
"Celtic" - "Juventus" matçında 2-ci top vuruldu. 77-ci dəqiqədə C.Marçisio "Yuventus"un hesabına daha bir qol əlavə edib.
***
83-cü dəqiqədə "Celtic" - "Juventus" matçında 3-cü qol da vuruldu. Qolun müəllifi M.Vucinic oldu. "Celtic" 0 - 3 "Juventus".
***
"Valencia" - PSG oyununda isə fərq azalıb. Valensiyalı A.Rami 90-cı dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi minimuma endirib. "Valencia" 1 - 2 PSG.
***
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları çərçivəsində iki qarşılaşma başa çatdı.
"Celtic" - "Juventus" (0-3)
"Valencia" - PSG (1-2)