...

Bakıda salınan yeni veloparkda iməcilik keçirilib (FOTO)

İdman Materials 16 Mart 2013 13:33 (UTC +04:00)
Martın 16-da Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağ ərazidə salınan velosiped parkında iməcilik keçirilib.
Bakıda salınan yeni veloparkda iməcilik keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Martın 16-da Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağ ərazidə salınan velosiped parkında iməcilik keçirilib. İməciliyə Federasiyanın rəhbərliyi, fəalları, velosiped idmanının həvəskarları da qoşulmuşlar. Trend-in məlumatına görə, bu barədə AVİF-dən şənbə günü daxi olan məlumatda deyilir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış bu park sonradan baxımsız qaldığından buradakı ağacların çoxu qurumuş, ərazi bərbad hala düşmüşdü.

Azərbaycan Velosiped İdmanı Federasiyası Səbail rayon İcra Hakimiyyətinin razılığı ilə yeni veloparkın yaradılması məqsədilə qısa müddət ərzində ərazidə ciddi yenidənqurma işləri aparmış, burada 20 mindən çox eldar şamı, sərv ağacı, və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Parkda ümumi sahəsi 40000 kv.metr olan köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanmağa başlanmış, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün 5 km uzunluğunda xüsusi yollar çəkilmişdir.

Burada velosiped yarişlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi üçün meydança yaradılmış, gələcəkdə ərazidə müxtəlif idman qurğularının yerləşdirilməsi də nəzərdə tutulur.

Bütün bunlar veloparkda həm peşəkar velosiped yarışlarının, həm də təlim-məşq toplantılarının keçirilməsinə, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi aktiv istirahətlə məşğul olmaq imkanı verəcəkdir.

Bu dəfəki aksiya zamanı da parkda yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, ərazidə yeni ağaclar əkilmiş, zəruri abadlıq işləri görülmüşdür. Bu xeyirxah təşəbbüsə 200-dən çox vətəndaş könüllü şəkildə qoşulmuşdur.

Veloparkın aprel ayında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində istifadyə verilməsi nəzərdə tutulur. Yenidənqurma işləri paytaxtın 3 əsas girişindən biri olan Salyan şosesinin ətrafına təmamilə yeni bir görkəm verəcək, şəhərə gələnlər bu ərazidəki gözəl mənzərədən xüsusi zövq ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti