...

Azərbaycanın I Dünya Futbol Kubokunda 5-10-cu yerləri tutacağı gözlənilir

İdman Materials 29 Aprel 2013 16:38 (UTC +04:00)
İyunun 30-dan iyulun 16-dək Bakıda keçiriləcək hərbçilər arasında I Dünya Futbol Kubokunun təşkilat komitəsi sədrinin 1-ci müavini, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Azərbaycan komandasının çempion deyil, 5-10-cu yerləri tutacağını gözləyir.
Azərbaycanın I Dünya Futbol Kubokunda 5-10-cu yerləri tutacağı gözlənilir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

İyunun 30-dan iyulun 16-dək Bakıda keçiriləcək hərbçilər arasında I Dünya Futbol Kubokunun təşkilat komitəsi sədrinin 1-ci müavini, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Azərbaycan komandasının çempion deyil, 5-10-cu yerləri tutacağını gözləyir. Trend-in məlumatına görə, Məmmədov bunu kubokun püşkatmasından sonra mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

"Lakin ilk beşliyə düşsək lap əla olar", - Məmmədov əlavə edib.

O qeyd edib ki, kubok keçicidir, qalib komanda kuboku özü ilə aparacaq.

Onun sözlərinə görə, yarışla əlaqədar dünyanın 15 ölkəsindən 600-dək idmançının gəlişi gözlənilir.

Çempionatın açılış oyunu iyulun 2-də "Dalğa Arena" stadionunda olacaq. Final matçı isə iyulun 14-də yenə də həmin stadionda keçiriləcək.

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaba isə qeyd edib ki, məqsəd idman vasitəsilə hərbçilər arasında sülhə nail olmaqdır. Bu yarış sülhün dünyada bərqərar olmasına töhfə verəcək.

O, həmçinin bildirib ki, Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi ölkənin nüfuzunun göstəricisidir: "Sizin çox yaxşı ölkəniz var və sizə uğurlar arzulayırıq".

FIFA-nın idarə heyətinin üzvü Uolter Qaq çıxışında qeyd edib ki, FIFA-nın bu yarışda öhdəliyi olmasa da, dəstəyini göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti