...

Devid Moyes "Mançester Yunayted"ə "hə" dedi

İdman Materials 9 May 2013 11:17 (UTC +04:00)
İngiltərənin "Everton" komandasının baş məşqçisi Devid Moyes "Mançester Yunayted" klubuna başçılıq etməyə razılıq verib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50 yaşlı Moyes yeni vəzifəsində Aleks Ferqyusonu əvəz edəcək.
Devid Moyes "Mançester Yunayted"ə "hə" dedi

Azərbaycan, Bakı, 9 may/Trend/

İngiltərənin "Everton" komandasının baş məşqçisi Devid Moyes "Mançester Yunayted" klubuna başçılıq etməyə razılıq verib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50 yaşlı Moyes yeni vəzifəsində Aleks Ferqyusonu əvəz edəcək.

Qeyd edək ki, Ferqyuson mövsüm başa çatdıqdan sonra məşqçilik karyerasına yekun vuracağını bəyan etmişdi.

Moyes isə 11 ildir ki, "Everton"un sükanı arxasında çalışır. Onun rəhbərliyi altında Liverpul təmsilçisi 2009-cu ildə İngiltərə Kubokunun finalına çıxıb, UEFA Kubokunda isə 1/8 final mərhələsinədək yüksələ bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti