...

Qılıncoynadanlarımız Avropa çempionatına yollanırlar

İdman Materials 12 İyun 2013 18:11 (UTC +04:00)
Qılıncoynatma üzrə yığma komandamız Avropa çempionatında iştirak etmək üçün iyunun 14-də Xorvatiyanın Zaqreb şəhərinə yola düşür.
Qılıncoynadanlarımız Avropa çempionatına yollanırlar

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Qılıncoynatma üzrə yığma komandamız Avropa çempionatında iştirak etmək üçün iyunun 14-də Xorvatiyanın Zaqreb şəhərinə yola düşür.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında Zaqrebə aşağıdakı idmançılar yollanırlar:

1. Bünyatova Sevil
2. Bünyatova Sevinc
3. Mikina Sabina
4. Ələsgərova Aidə

Qeyd edək ki, idmançılarımız iyunun 16-da şəxsi, 20-də isə komanda yarışlarında mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti