...

Azərbaycan avarçəkənləri Dünya Kubokunun finalına yüksəliblər

İdman Materials 21 İyun 2013 20:01 (UTC +04:00)
İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney” Mərkəzində akademik avarçəkmə üzrə Dünya Kuboku start götürüb. Yarışın ilk günündə Azərbaycanı təmsil edən 2 duet finala yüksəlməyi bacarıb.
Azərbaycan avarçəkənləri Dünya Kubokunun finalına yüksəliblər

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Mərkəzində akademik avarçəkmə üzrə Dünya Kuboku start götürüb. Yarışın ilk günündə Azərbaycanı təmsil edən 2 duet finala yüksəlməyi bacarıb.

Trend Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, əvvəlcə 2 nəfərlik sükansız qayıqla (M2-) yürüşdə Luka Dordeviç - İqor Luçiç cütlüyü seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 6,32 saniyəyə 5-ci yerdə başa vursa da, təsəlli yürüşündə bu məsafəni 6 dəqiqə 42,32 saniyəyə qət edərək 1-ci olub. Bu nəticə ilə Dordeviç - Luçiç dueti iyunun 23-də keçiriləcək həlledici mərhələyə vəsiqə qazanıb.

2 nəfərlik qoşa avarlı (M2X) qayıqla isə 2 cütlüyümüz - Aleksandr Aleksandrov - Boris Yotov və İvan Antov - Aleksandr Kornilov duetləri mübarizə aparıb. Seçmə yürüşdə Aleksandrov - Yotov dueti 6 dəqiqə 33,94 saniyə nəticə ilə 2-ci, Antov - Kornilov dueti 6 dəqiqə 54,69 saniyə nəticə ilə 5-ci olub. Hər iki cütlük mübarizəni təsəlli yürüşündə davam etdirib. Bu mərhələdə isə Aleksandrov - Yotov dueti finişə 6 dəqiqə 22,32 saniyəyə 1-ci, Antov - Kornilov dueti isə 6 dəqiqə 43,58 saniyəyə 4-cü çatıb. Əsasnaməyə görə, Aleksandrov - Yotov cütlüyü finala adlayıb. Antov - Kornilov cütlüyü isə ilk 2 yerdən birini tuta bilmədiyindən, 7-12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yarışmalı olacaq.

Nəhayət, 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) çıxış edən Fərid Saadov seçmə yürüşdə finişə 7 dəqiqə 44,04 saniyəyə, təsəlli yürüşündə 7 dəqiqə 34,86 saniyəyə çatıb. Hər iki halda o, 5-ci yeri tutub və yekunda mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Saadov 13-18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edəcək.

Qeyd edək ki, iyunun 22-də Bakı vaxtı ilə 13:30-da Fərid Saadov C finalına, saat 14:19-da İvan Antov - Aleksandr Kornilov dueti B finalına çıxacaq. İyunun 23-də saat 14:48-də Luka Dordeviç - İqor Luçiç, saat 16:06-da isə Aleksandr Aleksandrov - Boris Yotov dueti A finalında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti