Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tanrıverdiyev/
İngiltərənin "Arsenal" klubu "Quinz Park Reyncers" klubunun və Braziliya millisinin qapıçısı Julio Sezarı heyətinə qatmaq niyyətindədir. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər yayıb.
Futbolçunun keçidinin 1,5 milyon funt sterlinq müqabilində baş tutacağı bildirilir.
Daha əvvəl məlumat yayılıb ki, İtaliya klubları "Roma" və "Fiorentina" da 33 yaşlı braziliyalının xidmətlərində maraqlıdırlar.