...

İtaliya millisi FİFA Konfederasiyalar kubokunun üçüncüsüdür

İdman Materials 30 İyun 2013 23:55 (UTC +04:00)
İtaliya millisi FİFA Konfederasiyalar kubokun üçüncüsüdür. Trend-in məlumatına görə, iyunun 30-da FİFA Konfederasiyalar kubokunda üçüncü yer uğrunda Urugvay- İtaliya milliləri arasında qarşılaşma baş tutub.
İtaliya millisi FİFA Konfederasiyalar kubokunun üçüncüsüdür

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İtaliya millisi FİFA Konfederasiyalar kubokun üçüncüsüdür. Trend-in məlumatına görə, iyunun 30-da FİFA Konfederasiyalar kubokunda üçüncü yer uğrunda Urugvay- İtaliya milliləri arasında qarşılaşma baş tutub.

Oyuna aktiv başlayan tərəflər 90 dəqiqə ərzində 4 top vurmaqla (2:2) heç-heçə qalıblar.

Sonra münasibətlərin aydınlaşdırılması üçün penalti seriyaları keçirilib.

Bu dəfə daha dəqiq olan italyanlar 2-3 hesabı ilə FİFA Konfederasiyalar kubokun üçüncüsü olmağı bacarıblar.

Qeyd edək ki, FİFA Konfederasiyalar kubokunun final matçında Braziliya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Həmin matçın start fiti saat 03:00-da veriləcək.

Xəbər lenti

Xəbər lenti