...

"Formula-1" yarışlarının "Qran-pri" mərhələsi Bakıda keçirilə bilər

İdman Materials 7 İyul 2013 05:27 (UTC +04:00)
"Formula-1" yarışlarının baş promouteri Berni Ekklstoun mətbuata açıqlamasında deyib ki, yarışların "Qran-pri" mərhələsi Bakıda keçirilə bilər. Bu barədə Trend məlumat verib.
"Formula-1" yarışlarının "Qran-pri" mərhələsi Bakıda keçirilə bilər

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Formula-1" yarışlarının baş promouteri Berni Ekklstoun mətbuata açıqlamasında deyib ki, yarışların "Qran-pri" mərhələsi Bakıda keçirilə bilər. Bu barədə Trend məlumat verib.

"Ümid edirəm ki, bizim daha iki yarışımız ABŞ-da, Lonq-Biçdə və Nyu-Yorkda olacaq. Eyni zamanda, Tailandda da yarışın keçirilməsi nəzərdə tutulub. Bundan başqa, hər şey plan üzrə getsə, Bakıda da yarış baş tuta bilər" - deyə Ekklstoun bildirib.

Qeyd edək ki, "Formula-1" - 2013 yarışları 19 trasda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti