Azərbaycan, Bakı, 15 iyul /Trend/
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Skenderbeu" (Albaniya) qarşılaşmasını izləyəcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, alman mütəxəssis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" - "Piast" (Polşa) matçına da baxacaq.