...

Fabreqas satılmır

İdman Materials 23 İyul 2013 14:47 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol komandasının prezidenti Sandro Rossel bildirib ki, Sesk Fabreqası satmaq niyyətləri yoxdur.
Fabreqas satılmır

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İspaniyanın "Barselona" futbol komandasının prezidenti Sandro Rossel bildirib ki, Sesk Fabreqası satmaq niyyətləri yoxdur.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rossel bu barədə bəyanatı "Mançester Yunayted"in Fabreqası transfer etmək məsələsinə aydınlıq gətirmək üçün edib.

Məlumata görə, "Qırmızı şeytanlar" ispaniyalı yarımmüdafiəçinin keçidini təmin etmək üçün ödəyəcəkləri məbləği artırıblar və bu səbəbdən Rossel məsələyə müdaxilə etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti