...

Azərbaycan Yeniyetmələrin Olimpiadasına lisenziyalar qazanıb

İdman Materials 9 Avqust 2013 23:05 (UTC +04:00)
Mayamidə (ABŞ) keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız möhtəşəm qələbələr əldə ediblər - 1 qızıl və 1 gümüş medal
Azərbaycan Yeniyetmələrin Olimpiadasına lisenziyalar qazanıb

Azərbaycan, Bakı, 9 avqust / Trend müxbir M.Əliyev/

Mayamidə (ABŞ) keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız möhtəşəm qələbələr əldə ediblər - 1 qızıl və 1 gümüş medal.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Cüdo Federasiyasından bildiriblər.

50 kq çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırıb. Qızlar arasında isə 40 kq Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub.
Qeyd edək ki, Dünya Çempionatını izləməyə Azərbaycan Cüdo Federasiyasının Vitse-prezidenti Elnur Kələntərov və Baş Katibi Elnur Camalxanov da qatılmışdır. Qürurverici haldır ki, 50 kq çəkidə qalib gəlmiş Natiq Qurbamlıya qızıl medalı cənab Elnur Kələntərov təqdim etmişdir.

Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır.

İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı artıq 3-cü dəfədir ki baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu Çempionatda medal qazanır. Beləliklə, cari ilin nəticələrinə görə Dünya Çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalır.

Artıq bu iki cüdoçumuzun 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti