...

Fariz Məmmədov dördqat dünya çempionu ilə birgə hazırlaşacaq (FOTO)

İdman Materials 26 Avqust 2013 19:55 (UTC +04:00)
Ukraynanın Donetsk şəhərinin məşhur “Donbass Arena” stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib.
Fariz Məmmədov dördqat dünya çempionu ilə birgə hazırlaşacaq (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Ukraynanın Donetsk şəhərinin məşhur "Donbass Arena" stadionunda peşəkar boksçular arasında növbəti döyüşlər keçirilib.

Trend-in məlumatına görə, WBA versiyası üzrə dünya kəməri və reytinq xarakterli döyüşlərin baş tutduğu boks şousunun fəxri qonaqları arasında ağır çəkili boksçular arasında keçmiş mütləq dünya çempionu Lennoks Lüis, "Union Boxing Promotion" kompaniyasının prezidenti Yuri Ruban, eləcə də azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov və s. da olublar.
Döyüşlərdən əvvəl F.Məmmədovla "Union Boxing Promotion" kompaniyasının prezidenti Yuri Ruban arasında görüş keçirilib. Görüşdə F.Məmmədovun oktyabrın 26-da Londonda keçirilməsi nəzərdə tutulan WBO versiyası üzrə reytinq xarakterli döyüşünə hazırlıq məsələsi müzakirə olunub. Görüşün sonunda F.Məmmədov qarşıdakı döyüşə sentyabrın 23-dən oktyabrın 21-dək dünya çempionu Vyaçeclas Sençenko ilə birgə hazırlaşması qərara alınıb.

Qeyd edək ki, V.Sençenko WBA versiyası üzrə dördqat dünya çempionudur.

Y.Rubanın fikrincə, birgə hazırlıq hər iki boksçu üçün müsbət fayda verəcək.

Yeri gəlmişkən, sentyabrın 21-də F.Məmmədovun Xarkov şəhərində də reytinq xarakterli döyüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti