Azərbaycan, Bakı, 30 avqust /Trend/
Cümə günü Kiyevdə bədii gimnastika üzrə Dünya çempionatında çoxnövlülük üzrə yarışda medallar oynanacaq.
Azərbaycanlı gimnastlardan ilk olaraq xalça üzərinə ilk olaraq topla kompazisiya ifa edən Lalə Yusifova çıxıb. O, hakimlərdən 16.583 bal alıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyası xəbər verib.
Daha sonra o, gürzlərlə oyun nümayiş etdirib, hakimlərdən 16.408 bal alıb. Bundan sonra o, halqa və lentlə çıxış edəcək.
Marina Durunda oyuna halqa ilə başlayacaq, topla davam etdirəcək, daha sonra isə gürz və lentlərlə hərəkətləri yerinə yetirəcək.