...

Özilin keçidi “Arsenal” tarixində ən bahalı transfer olub

İdman Materials 3 Sentyabr 2013 06:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Arsenal" klubu 42,4 milyon funt sterlinqə İspanıyanın "Real" klubunun yarımmüdafiəçisi Məsut Özili heyətinə qatmaqla klub tarixdə ən bahalı transferi həyata keçirib.

Trend-in məlumatına görə, buna qədər isə, "topçular"ın ən bahalı transferləri Xose Antonio Reyes (17,6 milyon funt sterlinq), Santi Gasorla (16,7 milyon), Silven Viltor (15,4 milyon) və Andrey Arşavin (14,5 milyon) olub.

Xatırladaq ki, Almaniya millisinin iyirmi dörd yaşlı futbolçusu Məsut Özil "Arsenal"la beş illik müqavilə imzalayıb. Türk əsilli oyunçu yeni klubunda həftəyə 130 min funt sterlinq qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti