...

Ronaldo Özilin gedişinə qəzəblənib

İdman Materials 4 Sentyabr 2013 16:40 (UTC +04:00)
İspaniyanın "Real" futbol klubunun oyunçusu Kriştiano Ronaldo Məsut Özilin İngiltərənin "Arsenal" klubuna keçidinə münasibət bildirib.
Ronaldo Özilin gedişinə qəzəblənib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Real" futbol klubunun oyunçusu Kriştiano Ronaldo Məsut Özilin İngiltərənin "Arsenal" klubuna keçidinə münasibət bildirib. Bu barədə Trend-in Rusiya KİV-nə istinadən məlumat verir.

Ronaldo bildirib: "Özilin gedişi mənim üçün dəhşətli xəbərdir. O, rəqib qapıları önündə mənim manevrlərimi hamıdan yaxşı başa düşürdü. "Real"ın oyunun taleyini təkbaşına həll edə bilən bu futbolçunu necə satdığını anlaya bilmirəm. Mən bu transferə görə qəzəbliyəm".

Futbolçu əlavə edib: "Mənim şübhəm yoxdur ki, Özil "Real"da ola biləcək ən yaxşı "10 nömrə" idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti