...

“Qəbələ” klubu Azərbaycan çempionatında liderliyə yüksəlib

İdman Materials 20 Sentyabr 2013 19:17 (UTC +04:00)
“Qəbələ” klubu Azərbaycan çempionatında liderliyə yüksəlib.
“Qəbələ” klubu Azərbaycan çempionatında liderliyə yüksəlib

Azərbaycan, Bakı, 20 sentyabr / Trend müxbir M.Əliyev/

"Qəbələ" klubu Azərbaycan çempionatında liderliyə yüksəlib. Trend-in məlumatına görə, Premyer Liqada bu gün keçirilən 7-ci turun açılış oyununda "Qəbələ" öz meydanında "Rəvan" klubunu qəbul edib.

Oyunda Yuri Syominin komandası 3-0 hesabı ilə qələbə qazanaraq xal ehtiyyatını 15-ə yüksəldib və çempionatda liderliyə qalxıb.

"Qəbələ"nin heyətində qolları Daniel Subotiç (8 dəq), Vladimir Levin (9 dəq), Leonardo da Silva (53 dəq - pen.) vurublar.

Qeyd edək ki, 7-ci turun digər oyunları "İnter" - "Bakı", "Neftçi" - "Sumqayıt", "Qarabağ" - "Simurq", AZAL - "Xəzər Lənkəran" qarşılaşmalarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti