...

Boks üzrə dünya çempionatına yollanacaq milli komandamızın heyəti açıqlandı

İdman Materials 2 Oktyabr 2013 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Qazaxıstanda keçiriləcək boks üzrə dünya çempionatında çıxış edəcək milli komandamızın heyəti məlum olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, iyunda Belarusda təşkil olunmuş Avropa çempionatından fərqli olaraq, bu dəfə heyətdə 3 dəyişiklik edilib. 56 kq çəki dərəcəsində karyerasını başa vurmuş Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib.

2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib.

Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etməmiş Sultan Migitinov (75 kq) mundialda öz bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, milli komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır.

49 kq - Salman Əlizadə - 2011-ci ilin Avropa çempionu (AÇ) , 2013-cü il AÇ-nin bürünc mükafatçısı
52 kq - Elvin Məmişzadə - 2010-cu il AÇ-nin gümüş, 2013-cü il AÇ-nin bürünc mükafatçısı
56 kq - Cavid Çələbiyev
60 kq - Elvin İsayev
64 kq - Heybətulla Hacəliyev - 2011-ci il AÇ-nin bürünc mükafatçısı
69 kq - Pərviz Bağırov
75 kq - Sultan Migitinov
81 kq - Rauf Rəhimov
91 kq - Teymur Məmmədov - 2011-ci ilin Avropa çempionu, 2013-cü il AÇ-nin gümüş mükafatçısı. 2011-ci il DÇ-nin gümüş mükafatçısı. 2012-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı
91+kq - Məhəmmədrəsul Məcidov - 2011-ci ilin dünya çempionu. 2013-cü ilin Avropa çempionu. 2012-ci ilin Olimpiya Oyunlarının bürünc mükafatçısı

Baş məşqçi Vladimir Zolotaryov, məşqçi Nəriman Abdullayev.

Dünya çempionatının döyüşləri oktyabrın 14-dən 26-dək Almatıdakı Boluan Şolak İdman Mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti