...

Millimiz Rusiya komandası ilə heç-heçə oynadı (FOTO)

İdman Materials 15 Oktyabr 2013 23:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bu gün futbol üzrə " Dünya Çempionatı -2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə növbəti matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Rusiya yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda yığmamız 1:1 hesabı ilə heç-heçə oynayıb.

Oyunda ilk qolu Rusiya yığması vurub (Roman Şirokov, 16), Vaqif Cavadov isə Azərbaycanın cavab topunu 90 dəqiqədə vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti