...

Azərbaycan güləşçiləri erməni rəqiblərini məğlub etdilər

İdman Materials 10 Noyabr 2013 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Kuboku turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-Roma güləşi üzrə yığma komandamız Türkiyəyə 4-3 hesabı ilə qalib gəlsə də, ev sahibi Rusiyaya 3-4 hesabı ilə uduzub. Türkiyə isə öz növbəsində Rusiyadan güclü olub 4-3.

Belə də bütün komandalarda qələbə sayı eyni olduğundan, güləşçilərin qazandıqları xallar hesablanıb və yığmamız qrupda 3-cü yeri tutub.

5-ci yer uğrunda görüşdə isə güləşçilərimiz diğər yarımqrupun 3-cüsü olan Ermənistan kollektivi qarşılaşıb və rəqibini 5-2 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti