...

AFFA İcraiyyə Komitəsi milli komandanın baş məşqçisi məsələsini müzakirə edəcək

İdman Materials 10 Dekabr 2013 11:24 (UTC +04:00)
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi müzakirə ediləcək.
AFFA İcraiyyə Komitəsi milli komandanın baş məşqçisi məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi müzakirə ediləcək.

Eləcə də UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti