...

Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 16 Dekabr 2013 16:36 (UTC +04:00)
Dekabrın 21-23-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 21-23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Federasiyanın birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.

Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində gözlənilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.

Proqrama əsasən, dekabrın 21-də yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq, dekabrın 22-də yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti