...

Davids futbolçu karyerasını başa vurdu

İdman Materials 29 Dekabr 2013 06:37 (UTC +04:00)
İngiltərənin "Barnet" klubunun oynayan-məşqçisi Edqar Davids futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Davids futbolçu karyerasını başa vurdu

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

İngiltərənin "Barnet" klubunun oynayan-məşqçisi Edqar Davids futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, 40 yaşlı futbolçu hakimlərin yanlış qərarı nəticəsində tez-tez meydandan kənarlaşdırılması səbəbindən belə qərara gəldiyini deyib.

E.Davids karyerası ərzində "Ayaks", "Milan", "Yuventus", "İnter" və "Barselona" kimi klublarda çıxış edib. Hollandiya yığmasının sabiq futbolçusu Çempionlar Liqası, UEFA kuboku, UEFA Superkuboku və Qitələrarası kubokun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti