...

"Xəzər Lənkəran" xorvat qapıçı ilə müqavilə imzaladı

İdman Materials 13 Yanvar 2014 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Xəzər Lənkəran" futbol klubu xorvat qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib.

Trend klubun saytına istinadən məlumat verir ki, 30 yaşlı V.Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Türkiyə Superliqasının təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.

Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti