...

Azərbaycanın qadın güləşçiləri beynəlxalq turnirdə 10 medal qazanıblar

İdman Materials 5 Fevral 2014 19:57 (UTC +04:00)
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycanın qadın güləşçiləri beynəlxalq turnirdə 10 medal qazanıblar

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandanın üzvləri ümumilikdə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıblar.

Güləşçilərimizdən Şəfəq Muradzadə (48 kq), Leyla Qurbanova (51 kq) və Raqnetta Qurbanzadə (67 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələniblər.

Türkan Nəsirova (44 kq), Anna Pavliv (48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq) və Elmira Qəmbərova (63 kq) gümüş medalla kifayətləniblər.

Bürünc medalları isə yığmamıza Şəbnəm Əhmədova (51 kq) və Dərya Korin (63 kq) qazandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti