...

Soçi olimpiadasının ilk qızıl medalının sahibi bəlli oldu

İdman Materials 8 Fevral 2014 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Amerikalı snoubordçu Seyc Kotsenburq Soçidəki Olimpiya Oyunlarında ilk qızıl medalı qazanıb. İdmançı finalda iki ən yaxşı cəhd üzrə 93,50 bal nəticə əldə edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Gümüş medalın sahibi 91,75 balla norveçli Staale Sandbex, bürünc mükafatçı kanadalı Mark Makmorris (88,75 bal) olub.

Rusiyalı Aleksey Sobolyov yarışın finalına düşə bilməyib və 20-ci yeri tutub.

Qeyd edək ki, sloupstayl ilk dəfədir ki, Olimpiya Oyunlarının proqramına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti