...

Azərbaycan taekvondoçuları "Luxor Open"-də mübarizə aparacaqlar

İdman Materials 10 Fevral 2014 13:18 (UTC +04:00)
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Misir Ərəb Respublikasının Luksor şəhərinə yollanır.
Azərbaycan taekvondoçuları "Luxor Open"-də mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Misir Ərəb Respublikasının Luksor şəhərinə yollanır.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, 15-17 fevral tarixində təşkil olunan "Luxor Open"-ə qatılacaq millimiz turnirdə 14 kişi və 7 qadın taekvondoçu ilə təmsil olunacaq.

Yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov, eləcə də qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev turnirə bu taekvondoçuları turnirə cəlb edib: Mikayıl Əliyev (-54 kq), Samir Aydınov (-54 kq), Samir Cavadlı (-58 kq), Maqomedyasin İbrahimov (-58 kq), Ayxan Tağızadə (-63 kq), Fariz Əliyev (-68 kq), Namaz Heydərov (-68 kq), Elvin Məmmədov (-68 kq), İlkin Şahbazov (-74 kq), Daşqın Hacıyev (-74 kq), Ramin Əzizov (-80 kq), Radik İsayev (-87 kq), Bayraməli Vəliyev (-87 kq), Ceyhun Həsənli (+87 kq), Patimat Abakarova (-49 kq), Aygül Abdullayeva (-49 kq), Səbinə Mikayılova (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Qorbaçeva (-62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (-73 kq).

Qeyd edək ki, "Luxor Open"-ə fevralın 12-də yola düşən taekvondoçularımız 19 fevralda vətənə dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti