...

"Qarabağ" şəriksiz liderdir, "Qəbələ" doğma meydanda məğlub oldu, "Neftçi" oyundan-oyuna çempionluq şansını itirir (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 15 Fevral 2014 18:58 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun digər oyunları keçirilir.
"Qarabağ" şəriksiz liderdir, "Qəbələ" doğma meydanda məğlub oldu, "Neftçi" oyundan-oyuna çempionluq şansını itirir (ƏLAVƏ OLUNUB-2)

"Qarabağ" - AZAL oyunu barədə məlumat əlavə olunub (ilk xəbər saat 15:27-də yayılıb)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun digər oyunları keçirilib.

Trend-in məlumatına görə, günün ilk matçında "Bakı" və "Neftçi" klubları qarşılaşıblar. Oyunun ilk hissəsi qolsuz başa çatıb.

61-ci dəqiqədə "Bakı"nın futbolçusu Cavid Hüseynov hesabı açıb. 86-cı dəqiqədə isə "neftçilər"i Alberto Naquera məyus edib - 2:0.

Digər oyun isə Qəbələdə baş tutub. Eyniadlı komanda "Xəzər Lənkəran"ı qəbul edib. Hesabı 25-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Daniel Subotiç açıb.

51-ci dəqiqədə Sadio Tounkara hesabı bərabərləşdirib. Bu azmış kimi, 5 dəqiqə sonra lənkəranlılar Etame Mbillanın qolu ilə önə keçiblər. D.Subotiç 65-ci dəqiqədə dubla imza ataraq hesaba tarazlıq gətirib. Lakin 84-cü dəqiqədə E.Mbillanın dublu "Xəzər Lənkəran"ı çətin səfər oyununda qalib edib - 2:3.

"Sumqayıt" - "Rəvan" matçında komandalar meydandan sülhlə ayrılıblar - 1:1.

Turun son qarşılaşmasında isə "Qarabağ" AZAL-la görüşüb. Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollar: Corc Leroy, 33 (1:0), Çumbinyo, 47 (2:0), Viktor İqbekoyi, 66 (2:1)

Bununla da "Qarabağ" 21 oyundan sonra 42 xalla turnir cədvəlinin şəriksiz lideri olub. "Neftçi" və "Qəbələ" isə 38 xalla 2-ci və 3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, fevralın 14-də turun ilk qarşılaşmasında "İnter" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti