...

Azərbaycanın yeniyetmə güləşçiləri Moskvadan 2 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdırlar

İdman Materials 20 Fevral 2014 15:00 (UTC +04:00)
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
Azərbaycanın yeniyetmə güləşçiləri Moskvadan 2 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdırlar

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Moskvaya 10 güləşçi yollanıb.

Qızıl medalları yığmamıza 42-kq çəkidə güləşən Nofəl Babayev və 85 kq-da Soslan Fanziyev qazandırıb. Ən ağır çəkililərin yarışında Cavid Feyziyev (100 kq) yalnlz final görüşündə məğlub olub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə Pərvin Abdullayev (46 kq), Bəxtiyar Muradov (54 kq) və Nicat Abdullayev (76 kq) əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti