...

Bakıda UEFA-nın mini-turniri keçiriləcək

İdman Materials 10 Aprel 2014 17:24 (UTC +04:00)
Mayın 14-dən 16-a qədər Bakı şəhərində 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri keçiriləcək.
Bakıda UEFA-nın mini-turniri keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Mayın 14-dən 16-a qədər Bakı şəhərində 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri keçiriləcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, mini-turnirdə Azərbaycan, Rusiya və İsrailin müvafiq yaş qrupuna daxil olan yığmaları iştirak edəcək.

Oyunların təqvimi:

14 may, saat 14:00
Azərbaycan - İsrail

15 may, saat 14:00
İsrail - Rusiya

16 may, saat 14:00
Azərbaycan - Rusiya

Bütün oyunlar Bayıl stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti