Azərbaycan, Bakı, 21 aprel /Trend/
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində 1/4 finalçıların adları məlum olub.
Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz 1/4 finala vəsiqə əldə edib.
Dünən axşam proqramında daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev Türkiyə idmançısı Məhəmməd Aydın üzərində qələbə qazanıb - 3:0.
Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib - 3:0.
Bu gün keçiriləcək 1/4 final mərhələsində idmançılarımızın rəqibləri:
49 kq: Rüfət Hüseynov - Niko Hernandez (ABŞ)
64 kq: Cavid Quliyev - Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev - Toni Filpi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)
Qeyd edək ki, bu gün günorta proqramı Bakı vaxtı ilə saat 16-da, axşam proqramı isə 20:00-da start götürəcək.