Azərbaycan, Bakı, 24 aprel /Trend/
Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, "Xəzər Lənkəran" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Qəbələ"ni qəbul edib.
21-ci dəqiqədə Viktor Mendi lənkəranlıları ümidləndirsə də, 54-cü dəqiqədə Nildo bərabərlik qolunu vurub - 1:1.
Beləliklə, iki oyunun nəticəsinə görə "Qəbələ" finala yüksəlib.
Finalda isə Qəbələ futbolçularının rəqibi paytaxtın "Neftçi" klubu olacaq.