Azərbaycan, Bakı, 1 may /Trend/
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Trend-in məlumatına görə, "Atletiko" (Madrid) Londonda "Çelsi" ilə qarşılaşıb.
Oyunda hesabı "Çelsi"nin hücumçusu Fernando Torres açıb. 44-cü dəqiqədə madridlilər cavab topu vurublar.
İkinci hissənin əvvəlində Dieqo Koştanın penalti zərbəsi "Atletiko"nu rəqib meydanında irəli çıxarıb. 72-ci dəqiqədə isə Arda Turanın qolu "Çelsi"ni finaldan məhrum edib.
Beləliklə, mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək finalda Madridin iki komandası - "Real" və "Atletiko" qarşılaşacaqlar.