Azərbaycan, Bakı, 5 may /Trend/
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda mayın 2-də XXII Premyer Liqanın XXXIII turunun "Neftçi" - "Qəbələ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun 14 №-li futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçunun 1 oyunluq cəzalandırılması və klubun 200 manat cərimə olunması barədə qərar qəbul edilib.
Oyun 90-cı dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.