...

Azərbaycan güləşçiləri "Naxçıvan Kuboku" turnirinin qalibi oldu

İdman Materials 5 May 2014 17:21 (UTC +04:00)
Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycan güləşçiləri "Naxçıvan Kuboku" turnirinin qalibi oldu

Azərbaycan, Bakı, 5 may /Trend/

Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandaları iştirak edib.

Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparıb. A yarımqrupunda Azərbaycan, Türkiyə, Qazaxstan və Özbəkistan, B yarımqrupunda isə Naxçıvan, Rusiya, Gürcüstan və Ukrayna komandaları mübarizə aparıb.

Öz yarımqruplarında birinci olmuş Azərbaycan və Ukrayna komandaları finalda qarşılaşıb. Güləşçilərimiz ümumi hesabda üstünlük əldə edib və turnirin baş mükafatını qazanıblar. Ukrayna yığması ikinci olub. Bürünc medalın taleyi isə Rusiya və Qazaxstan yığmalarının görüşündə müəyyənləşib. 5:3 hesablı qələbə Rusiya yığmasına "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin bürünc mükafatını qazandırıb.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti