...

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib (FOTO)

İdman Materials 12 May 2014 17:16 (UTC +04:00)
Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.
Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətindən verilən məlumata görə, Azərbaycandan olan boksçuların da iştirakı etdiyi və artıq ənənəyə çevrilmiş beynəlxalq boks turniri Maqdeburqdakı Heydər Əliyev adına Boks Komitəsinin (WBCA) təşkilatçılığı, Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Turnirdə iştirak edən boksçular Heydər Əliyev adına Boks Komitəsinin təsis etdiyi 2 WBCA benəlxalq kəməri və 1 WBCA dünya kəməri uğrunda mübarizə aparıblar. Turnirin titul döyüşlərində Azərbaycan bayrağı ucaldılıb, himnimiz səsləndirilib.

Beynəlxalq boks turnirində azərbaycanlı idmançılardan başqa, Almaniya, Çexiya, Belarus, Türkiyə, Yunanıstan və Rusiyanı təmsil edən titullu boksçular da iştirak ediblər. Mattias Pelk, Rauf Ağayev ve Şahlar Nağıyev ağır mübarizə şəraitində keçən qarşılaşmada yüksək ustalıq nümayiş etdirərək, döyüşü vaxtından əvvəl başa vurmağa nail olublar.

Turnir çərçivəsində baş tutan digər döyüşlərdə iştirak edən həmyerlilərimiz Teymur Tarverdiyev müvafiq olaraq rusiyalı boksçu ilə qarşılaşmada üstünlük nümayiş etdirərək rəqibini xal hesabı ilə məğlub edib.

Qeyd edək ki, turniri 1500-ə yaxın tamaşaçı canlı izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti