Azərbaycan, Bakı, 12 may /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti AFFA ilə birlikdə "Mançester Yunayted" Yay Futbol Məktəbinə seçimi davam etdirir.
6-7 may tarixlərində Tovuz şəhərində keçirilən seçim turunda ümumilikdə 57 nəfər uşaq iştirak edib. Seçilən uşaqların adları: Əhmədov Eşqin, Nuriyev Cahid və Heydərli Cavid.
9-10 may tarixlərində Gəncə şəhərində isə seçim turunda 136 uşaq öz bacarıqlarını sınayıb. Onlardan 9-u seçim turundan müvəffəqiyyətlə keçiblər. Seçilən uşaqların adları: Çopurov İmran, Fərəci Nihat, Məmmədov Zərrər, Qəhrəmanov Ələddin, Səmədov Ümid, Abbasov Əli, Məmmədov Orxan, Kərimov Sənan, Qəribov Vasif.
Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilir.
Seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatıla bilərlər. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetirilir. Ödənişsiz əsaslarla keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
Şəhər |
Ünvan |
Tarix |
Saat |
Qax |
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu |
11 may |
14:00 - 18:00 |
Sumqayıt |
Səməd Vurğun küç., 25, "Sumqayıt" FK-nın stadionu |
14 may |
14:00 - 18:00 |
Bakı |
Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə, "Bayıl Arena" stadionu |
18 may |
09:00 - 13:00 |
Seçimdən müvəffəqiyyətlə keçən 32 uşaq AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.
Onu da qeyd edək ki, seçimdə Azərbaycanın müxtəlif klublarının seleksioner məşqçiləri iştirak etdiyi səbəbindən, uşaqların Azərbaycan klublarından da təkliflər almaq şansları var.
Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və "Mançester Yunayted" futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.