...

Dağıstandan daha 2 bürünc medal

İdman Materials 2 İyun 2014 13:44 (UTC +04:00)
Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib.
Dağıstandan daha 2 bürünc medal

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib və 2 bürünc medal qazanıblar.

Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu respublikaya yollanan güləşçilərimiz 2 bürünc medalla Vətənə qayıdırlar. 35 kq çəkidə Tofiq Əliyev və 42 kq-da mübarizə aparan Röyal Ağamalıyev fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

46 kq çəkidə yarışda iştirak edən Babək Hüseynov isə yarışı 5-ci yerdə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti