...

Azərbaycanın velosiped komandasının üzvü beynəlxalq turnirdə 3-cü yeri tutub (FOTO)

İdman Materials 2 İyun 2014 14:45 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix Südkärnten” veloyürüşündə mübarizə aparıblar.
Azərbaycanın velosiped komandasının üzvü beynəlxalq turnirdə 3-cü yeri tutub (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Grand Prix Südkärnten" veloyürüşündə mübarizə aparıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 1 günlük yarışda komanda üzvlərimizdən ən yüksək nəticəyə Markus Eybeger imza atıb.

Velosipedçimiz starta çıxan 174 iştirakçı arasında 3-cü yeri tutub - o, 193.6 km məsafəni qaliblə eyni vaxtda - 4 saat, 28 dəqiqə, 21 saniyəyə bitirib və fotofinişə əsasən 3-cü nəticə göstərib.

Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov finişi qalibdən 46 saniyə sonra keçən pelotonun içərisində olub.

Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti