...

Mariana Vasileva: Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir

İdman Materials 12 İyun 2014 13:32 (UTC +04:00)
Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Mariana Vasileva: Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanlı gimnastların gücü onların gəncliyindədir. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib: "Komanda Aliyə Qarayevanın gedişindən sonra keçid dövrünü başa vurub, ona görə biz turnirə ən gənc gimnastları çıxarmışıq. Misal üçün, senyorlar bu proqramda yalnız birinci ildir ki, çıxış edirlər. Biz əminik ki, onların böyük potensialı var və bizim gənc idmançılarımız hələ səkkiz il azarkeşləri təkcə Avropa çempionatlarında deyil, dünya çempionlarında, Olimpiya Oyunlarında sevindirəcəklər".

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti