...

Rusiya gimnastı Avropa çempionatında gürzlə hərəkətdə birinci olub

İdman Materials 15 İyun 2014 14:00 (UTC +04:00)
Rusiya gimnastı Olesya Petrova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların fərdi final yarışlarında gürzlə tapşırıqda birinci olub.
Rusiya gimnastı Avropa çempionatında gürzlə hərəkətdə birinci olub

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Rusiya gimnastı Olesya Petrova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların fərdi final yarışlarında gürzlə tapşırıqda birinci olub.

Trend-in məlumatına görə, hakimlər rusiyalı gimnastın çıxışını 16.450 balla qiymətləndiriblər.

Hakimlərdən 16.200 bal almış belaruslu Mariya Trubaç gümüş medal qazanıb. İsrailli idmançı Lenoy Aşram 15.700 balla ilk üçlüyü tamamlayıb.

Azərbaycan gimnastı Jalə Piriyeva isə 15.183 balla altıncı yerlə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti