...

Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər

İdman Materials 17 İyun 2014 14:07 (UTC +04:00)
Trend xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Monteneqronun Bar şəhərində nüfuzlu yarışa 7 idmançımız yollanıb.
Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər.

Trend xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Monteneqronun Bar şəhərində nüfuzlu yarışa 7 idmançımız yollanıb.

Məşqçilər heyəti kumite yarışlarında Əmir Məcidov (-60 kq), Niyazi Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlıya (+84 kq), kata nümayişində isə Tural Balcanlı və Ədilə Qurbanovanın çıxışına üstünlük verib. Onlar həm də komanda yarışlarına qatılacaqlar. Məşqçilərdən baş məşqçinin köməkçisi Rəşad Hüseynov Montoneqroya gedib.

Tələbələrin dünya çempionatında 2006-cı ildə Nyu Yorkda Rəfael Ağayev (-70 kq) və Amal Atayevin (-80 kq) çempionluğu ilə yüksək nəticələr göstərməyə başlayan azərbaycan karateçiləri, elə həmin yarışda və 2012-ci ildə Bratislavada isə komanda yarışlarının bürünc mükafatçısı olublar. Bundan başqa Amal Atayev (-80 kq) 2008-ci ildə Vrostlavda, Ayxan Mamayev (-75 kq) ilə Şahin Atamov 2012-ci ildə Bratislavada, Niyazi Əliyev isə (-67 kq) Budapeştdəki yarışda üçüncü yeri tutublar.

Karateçilərimiz ayın 23-də Bakıya dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti