...

Azərbaycan idmançıları Bolqarıstanda keçirilən yarışda uğurla çıxış ediblər (FOTO)

İdman Materials 9 İyul 2014 17:17 (UTC +04:00)
Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatı və Heydər Əliyevin 91 illiyinə həsr olunmuş "Xalqlar Dostluğu" kəməri uğrunda yarışda Azərbaycan yığması uğurlu çıxış edib.
Azərbaycan idmançıları Bolqarıstanda keçirilən yarışda uğurla çıxış ediblər (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatı və Heydər Əliyevin 91 illiyinə həsr olunmuş "Xalqlar Dostluğu" kəməri uğrunda yarışda Azərbaycan yığması uğurlu çıxış edib.

Trend-in məlumatına görə, yarış "SUMA" Beynəlxalq idman ictimai birliyinin prezidenti, IX-DAN kəmər sahibi Pavel Bessonov və VIII-DAN kəmər sahibi Abubakarov Saypuddin, BJKKF, AQOKKNF-nin prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti, VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında keçirilib.

Yarışda Bolqarıstan, Polşa, Özbəkistan, Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və digər 16 ölkə iştirak edib.

Yarışda kata və tərksilah üzrə nəticə qazanmış idmançılar - Allahverdiyev Məhəmməd - kata - 1 yer - 12-14 yaş, Dadaşov Aydın - kata - 1 yer +18, Allahverdiyev Məhəmməd - təskisilah - 1 yer - 12-14 yaş, Hüseynov Pərviz - tərksilah - 1 yer +18, Şəfiyev Elnur - özünümüdafiə - 1 yer +18.

(Kumite) döyüş üzrə: Məmmədli Məhəmməd - iriqumu-cyuqo - 25 kq - 1 yer - 9-11 yaş, Soltanlı Anar - iriqumi-cyuqo - 45 kq - 1 yer - 15-17 yaş, Əliyev Ağasaleh - iriqumu-cyuxo - 45 kq - 1 yer - 15-17 yaş, Məhərrəmov Vahid - iriqumi-cyuqo - 50 kq - 1 yer - 15-17 yaş, Rüstəmov İslam - iriqumi-cyuqo - 70 kq - 1 yer +18, Məmişov Emil - iriqumi-cyuqo -80 kq - 1 yer +18, Əsədov Elmin Heydər Əliyevin 91 illiyinə həsr olunmuş "Xalqlar Dostluğu" kəmərini qazanmışdır - iriqumi-cyuqo - 90 kq - 1 yer +18, Allahverdiyev Məhəmməd - iriqumu-cyuqo - 25 kq - 2 yer - 9-11 yaş, Şəfiyev Elnur - iriqumi-cyuqo - 65 kq - 2 yer +18, Nəzərov Elman - iriqumi-cyuqo - 85 kq - 2 yer +18, Hüseynov Pərviz - iriqumi-cyuqo - 90 kq - 2 yer +18, Məmmedli Məhəmməd - kata - 2 yer - 9-11 yaş, Əsədov Elmin - tərkisilah - 2 yer +18, Səfərli Orxan - iriqumi-cyuqo - 35 kq - 3 yer - 12-14 yaş, Quluzadə Sabir - iriqumi-cyuqo - 35 kq - 3 yer - 12-14 yaş çəkəsində idmançılar yer qazanmışlar.

T.Allahverdiyev yığma komandamızın çıxışını yüksək qiymətləndirib. İdarə heyətinin üzvləri Vahid Əliyev, Aydın Dadaşov və Əliqulu Abbasovun fikirlərinə görə uğurlu nəticəyə baxmayaraq qarşıdan gələn Avropa və dünya çempionatlarında yığma komandanın heyətində dəyişikliklərin olması istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti