Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ulucay Akif/
Braziliya və Hollandiyanın DÇ 2014-də üçüncü yer uğrunda qarşılaşacağı oyunu Camel Haymudi idarə edəcək.
Trend xəbər verir ki, iyulun 13-ü, Bakı vaxtı ilə saat 01:00-da baş tutacaq oyun əlcəzairli hakimin bu mundialda idarə etdiyi dördüncü matç olacaq.
43 yaşlı Camel Haymudi bu turnirdə qrup mərhələsinin Avstraliya-Hollandiya (2:3), Kosta Rika-İngiltərə (0:0) və 1/8 final mərhələsinin Belçika-ABŞ (2:1) oyunlarını idarə edib.
Qeyd edək ki, Camel Haymudi Afrika Futbol Konfederasiyasından mundialda üçüncülük uğrunda oyunu idarə edən ilk hakim olacaq.