...

Dayverlərimiz Azərbaycanda ilk dəfə yüksək dağ dalmasını həyata keçiriblər (FOTO)

İdman Materials 27 Avqust 2014 17:27 (UTC +04:00)
Ötən bazar günü Azərbaycan Alpinizm Federasiyasının (AAF) dayvinq mərkəzi "Dolphin Baku" Şabran rayonunda yerləşən göllərin birində ilk öz rəsmi yüksək dağ dalmasını həyata keçirib.
Dayverlərimiz Azərbaycanda ilk dəfə yüksək dağ dalmasını həyata keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Ötən bazar günü Azərbaycan Alpinizm Federasiyasının (AAF) dayvinq mərkəzi "Dolphin Baku" Şabran rayonunda yerləşən göllərin birində ilk öz rəsmi yüksək dağ dalmasını həyata keçirib.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əsl macəra, eyni zamanda, dözümlülük imtahanına çevrilən yürüşdə "Dolphin Baku" mərkəzinin tələbələri və instruktorları, AAF-nin və Dağ İdman Klubunun üzvləri və Moskvadan gələn qonaqlar iştirak ediblər. Hər iştirakçı özü ilə dalma üçün lazım olan təchizat və avadanlıqları apardığı üçün çantalarının orta ağırlığı 20 kq-dan çox idi. Mənzərəli gölə çatan dayverlər qruplara ayrılaraq işlərinə başlayıblar.

Suda görünmə dərəcəsi 1-2 m, suyun hərarəti isə 23-24 dərəcə təşkil edib. Bəzən hərarət kəskin şəkildə dəyişir, 10 dərəcə təşkil edirdi. 5,5 m dərinliliyində görünmə dərəcəsi 0,0 m təşkil etdiyi üçün dayverlər gölü nisbətən az dərinlikdə (3-5 m) öyrənməyə qərara alıblar.

Göl olduqca maraqlı idi: dibində xeyli bitki, sularında isə çömçəquyruq, qurbağa və kiçik balıqlar üzürdü.

Hər bir dalma seansı 20 dəqiqə çəkirdi. Gölü öyrənəndən sonra iştirakçılar meşədə ayaq seyrinə çıxıblar, bundan sonra isə artıq Bakıya doğru üz tutublar.

Beləliklə, "Dolphin Baku" mərkəzinin iştirakçıları bir günlük idman yürüşü və ilk yüksək dağ dalmasını həyata keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti