...

Bədii gimnastika üzrə dünya çempionatı: 4-cü günün yekunları (FOTO)

İdman Materials 26 Sentyabr 2014 16:43 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə dünya çempionatının dördüncü təsnifat günü başa çatıb.
Bədii gimnastika üzrə dünya çempionatı: 4-cü günün yekunları (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə dünya çempionatının dördüncü təsnifat günü başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Gimnastlar idmanın bu növü üzrə ən mühüm tədbirdə əsas yerlər uğrunda mübarizə aparırlar.

Azərbaycanı bu yarışda təmsil edən Marina Durunda və Gülsüm Şəfizadə lentlə tapşırıqları yerinə yetiriblər.

Hakimlərdən 16.625 bal alan M.Durunda 9-cu, G.Şəfizadə isə 15.483 balla 28-ci yeri tutub. Вundan əvvəlki gün M.Durunda gözəl nəticə göstərərək gürzlərlə finala çıxıb və 17.466 bal toplayaraq 6-cı olub.

Artıq bu gün fərdi yarışların iştirakçıları arasında çoxnövçülük üzrə final keçirilir. Finalda ölkəmizi M.Durunda təmsil edəcək. Sabah isə Azərbaycanın qrup komandası (Avropa çempionatının gümüş mükafatçıları) iki günlük çıxışlara başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti